Qazaxda gənc oğlan su anbarında batıb

24 İyun 2019 19:14 (UTC+04:00)

Hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü İlham Mirzə oğlu Nəbiyev kənd ərazisində yerləşən su anbarında boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb və tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)