Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib - Xəsarət alan var

24 İyun 2019 20:13 (UTC+04:00)

Bu gün günorta saatlarında rayonun Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.

Yanğın küləyin təsiri ilə güclənərək evlərə keçib və 3 evə ziyan dəyib. Yanğın nəticəsində 33 yaşlı Tural Nəmişov yanıq xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə Şəki, Oğuz və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.(Report)