Azərbaycan gimnastları Avropa Oyunlarında 5-ci olub

24 İyun 2019 21:06 (UTC+04:00)

Azərbaycan təmsilçiləri Ruslan Ağamirov və İlya Qrişunin kişilərin sinxron hərəkətlərində qüvvələrini sınayıblar.

Gimnastlarımız 47,900 xalla 5-ci yeri tutublar. Yarışın qalibi adını isə polşalılar Lukaş Yavorski və Artur Zakrşevski qazanıb. Onların çıxışı 51,450 xalla qiymətləndirilib. (Report)