Tbilisidə etirazçıların sayı artıb, Rustaveli prospekti bağlanıb

24 İyun 2019 21:59 (UTC+04:00)

Parlamentin binası qarşısındakı Rustaveli prospekti bağlanıb.

Prospektdə avtomobillərin hərəkəti dayandırılıb.

Bu ərəfədə etiraz aksiyasına Gürcüstanın keçmiş birinci xanımı Maka Çiçua da qoşulub. O, jurnalistlərə açıqlamasında aksiyaçıların daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbini dəstəklədiyini bildirib. (Report)