Tbilisidə qasırğa nəticəsində ölən əcnəbi vətəndaşların sayı ikiyə çatıb

24 İyun 2019 23:00 (UTC+04:00)

Xəsarət alanlardan biri olan qadın ağır vəziyyətdə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Beləliklə, park ərazisində dəmir konstruksiya və daş parçalarının aşması nəticəsində ölənlərin sayı ikiyə çatıb. Hadisə yerində ölən kişi də Koreya vətəndaşı olub.

Bədbəxt hadisə nəticəsində xəsarət alan üçüncü şəxs isə ağır vəziyyətdə xəstəxanadadır. (Report)