Abşeronda iki avtomobilin toqquşması nəticəsində yolda tıxac yaranıb

24 İyun 2019 23:17 (UTC+04:00)

Hadisə Novxanı çimərliyi ərazisində qeydə alınıb.

Belə ki,"Niva" markalı avtomobil "Hyunday" markalı minik vasitəsi ilə toqquşub.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyməklə yanaşı, hər iki maşının sürücüsü yüngül xəsarət alıb. Bir müddət avtomobil yolunda tıxac yaranıb və nəqliyyatın hərəkəti dayanıb. Əraziyə yol polisi əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub.


Faktla bağlı araşdırma aparılır.(APA)