Poroşenko haqda şok iddia - Ölkədən qaçmağı planlaşdırır

25 İyun 2019 09:09 (UTC+04:00)

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko ölkədən qaçmağı planlaşdırır. Bu məqsədlə o, Brüsseldə və ya Londonda ictimai təşkilat yaratmaq istəyir.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Elise Journal" nəşri yayıb.

Nəşr yazır ki, Pyotr Poroşenkonun Ukraynanı tərk etmədiyi, onun maraqlarını təmsil etmək üçün getdiyi görünür.

Məqalədə bildirilir ki, Poroşenkonun rəhbərlik etdiyi "Avropa Həmrəyliyi" Partiyası aşağı reytinqlə əlaqədar parlamentə daxil ola bilmir, buna görə də sabiq Ukrayna lideri ölkəni leqal şəkildə tərk etmək üçün müxtəlif variantları nəzərdən keçirir.

Qəzetin mənbələri bildirmişdi ki, Poroşenkonun komandası Londonda Rokfeller biznesmenləri ilə danışıqlar aparır.

İyunun 19-da Ukrayna Dövlət Təhqiqatlar Bürosu eks-prezidentə qarşı beşinci cinayət işi açıb. O, 2016-cı ildə deputat fraksiyaları koalisiyasının formalaşdırılması və hökumətin qeyri-qanuni təyin edilməsi ilə bağlı sənədləri saxtalaşdırmaqda ittiham olunur.

Əvvəllər News.ru yazırdı ki, Poroşenkonun fiqur olduğu cinayət işləri haqda məlumatı yoxdur. Bununla yanaşı, o qeyd edib ki, ona qarşı şəxsən heç nə təqdim edilməyib.

Siyasətçi vurğulayıb ki, bütün işlər yalnız fakt üzrə qaldırılıb və bu, onu çox sevindirir.

Babək Göyüş

AzNews.az