Ölən yaxınlarının ehsanı kimi iki küçəni təmir etdilər - FOTOLAR

25 İyun 2019 10:07 (UTC+04:00)

Bu günlərdə Şəmkirin Dəllər Cəyir kəndində vəfat edən Məmmədov Zöhrab Yaqub oğlunun yaxınları mərhumun ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.

Dəllər Cəyir kənd İƏD-si üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin mərkəzi küçəsi və mərkəzi küçənin ətrafında iki küçə qum-çınqıl tökülərək təmir edilib, kənd sakinlərinin istifadəsinə verilib.

Şəmkir Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli sürdüyü üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.(qafqazinfo.az)



AzNews.az