Prezident əməkdar artistə ev hədiyyə etdi

25 İyun 2019 11:14 (UTC+04:00)

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli mükafatlandırılıb.

AzNews.az xəbər verir ki, prezident İlham Əliyev aktrisaya ev hədiyyə edib.

Aktrisa prezidentə təşəkkürünü bildirib: “Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun”.

Bahar RÜSTƏMLİ

AzNews.az