Ukrayna deputatları AŞPA-nın iclas zalını tərk etdi

25 İyun 2019 14:19 (UTC+04:00)

Ukrayna nümayəndə heyəti AŞPA-nın iclas zalını tərk edib.

AzNews.az xəbər verir ki, bu barədə çərşənbə axşamı deputat Aleksey Qonçarenko "Birbaşa" telekanalının canlı efirində bildirib:

"Bütün nümayəndə heyətimiz zalı tərk etdi. Biz bu sessiyada qərar qəbul etdik ki, Ukrayna nümayəndə heyəti yalnız Rusiya Federasiyasına sanksiyaların tətbiqinə aid olan bəndlərin (gündəliyin) müzakirəsində iştirak edəcək".

Babək Göyüş

AzNews.az