Kamçatkada güclü zəlzələ

25 İyun 2019 14:59 (UTC+04:00)

Rusiyanın Kamçatka diyarı sahillərində Rixter cədvəli ilə 6,6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Ust-Kamçatsk qəsəbəsindən 113 kilometr şərqdə qeydə alınıb.

Zəlzələnin episentri yerin 33 kilometr dərinliyində olub.

Hadisə nəticəsində hər hansı bir itki və ya fəsadın olmadığı deyilir.(trend.az)

AzNews.az