“Sevilya”nın futbolçusu qəza törətdi - Ölənlər var

25 İyun 2019 15:21 (UTC+04:00)

İspaniyanın “Sevilya” klubunun əvəzedici komandasının futbolçusu Xoao Malek qəza törədib.

“Mundo Deportivo” xəbər verir ki, hadisəyə səbəb 20 yaşlı futbolçunun idarə etdiyi avtomobillə sürət həddini aşması olub. Onun maşını idarəetməni itirərək qarşıda gedən avtomobilə çırpılıb.

Nəticədə həmin nəqliyyat vasitəsindəki yeni ailə quran cütlük həlak olublar.

Meksikalı futbolçunun spirtli içki qəbul etdikdə sonra sükan arxasına əyləşdiyi bildirilir.(report.az)

AzNews.az