Robert Koçaryan yenidən həbs edildi

25 İyun 2019 16:25 (UTC+04:00)

Ermənistan Apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbs edilməsi barədə hökm verib.

Məhkəmə onun barəsində çıxarılmış, lakin sonradan ləğv ediliş həbs qərarını bərpa edib.

Eyni zamanda, Apellyasiya məhkəməsi işə yenidən baxılması üçün əvvəlki instansiya məhkəməsinə göndərib.

Qeyd edək ki, R.Koçaryan 2008-ci ildə baş vermiş hadisələrlə əlaqədar konstitusiya quruluşunun devrilməsində ittiham olunur.(trend.az)

AzNews.az