Kıvanç Tatlıtuğ zəhərləndi

25 İyun 2019 17:25 (UTC+04:00)

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun səhhətində problem yaşanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yemək yedikdən sonra özünü pis hiss edən aktyor sürücüsü vasitəsilə “Liv Hospital” xəstəxanasına aparılıb.

Aktyorun mədəsi yuyulduqdan sonra səhhəti yaxşılaşıb.

Tatlıtuğ hazırda evə buraxılıb.

Rəqsanə

AzNews.az