Bu ay 13 nəfəri ilan sancıb

25 İyun 2019 17:17 (UTC+04:00)

Azərbaycanda iyun ayında 13 nəfəri ilan sancıb.

Bu barədə Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi, baş toksikoloq Azər Maqsudov bildirib. Onun sözlərinə görə, ilan sancması ilə əlaqədar müraciət edənlər əsasən 25-40 yaş arası şəxslər olub:

“Əsasən regionlardan müraciətlər olub - Hacıqabul, Şirvan, Qəbələ, Tovuz, Yevlax, Bərdə və s. 1-2 nəfər isə cənub regionundan müraciət edib. İlan sancmasından ölüm baş verməyib”.

Baş toksikoloq bildirib ki, müraciət edən 13 nəfərdən 4-nün vəziyyəti ağır olub: “Onlardan 3-ü artıq evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam edir”.

Azər Maqsudov qeyd edib ki, may ayında isə 21 nəfəri ilan sancıb.(apa.az)

AzNews.az