Şirvanda Kür çayı sahilində qadın meyiti tapılıb

25 İyun 2019 19:40 (UTC+04:00)

Hadisə iyunun 25-də axşam saatlarında Kür çayının Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Araşdırmalar zamanı onun Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Fidan Məmmədağa qızı Bayramova olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır. (Report)