Bakıda 5 nəfər dönərdən zəhərlənib

25 İyun 2019 20:56 (UTC+04:00)

Səhiyyə Nazirliyindən Aznews.az-a verilən məlumata görə, hadisə Babək prospekti 65 ünvanında yerləşən dönərxanada qeydə alınıb.

Belə ki, zəhərlənmə diaqnozu ilə 5 nəfər kişi xəstəxanaya müraciət edib. Onlardan ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına, üçü isə 1 saylı Xəstəxanaya çatdırılıb.

Hazırda müalicələri davam edir.