Minsk-2019: Azərbaycan badmintonçusu 1/8 finala yüksəlib

25 İyun 2019 21:46 (UTC+04:00)

Bu, kişilərin fərdi mübarizəsində qrup mərhələsinin II turunun qarşılaşmalarından sonra məlum olub.

Qovimuramadhoni G qrupunda ikinci matçında lüksemburqlu Robert Mannı üstələyib.

O, görüşün taleyini iki setdə həll edib – 2:0 (21:15, 21:18). Bu qələbə azərbaycanlı idmançıya 1/8 finala vəsiqə qazandırıb.

Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanır. Hərəyə iki qələbə qazanan E.Qovimuramadhoni və Rusiya idmançısı Vladimir Malkov rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, 1/8 finala vəsiqəni təmin edən badmintonçular sabah keçiriləcək son turda üz-üzə gələcəklər. Əlavə göstəricilərə görə lider olan təmsilçimiz mövqeyini qorumaq üçün qalib gəlməlidir. (Report)