"Oğlumun Azərbaycana göndəriləcəyi ilə bağlı ümidimizi üzmüşdük" - Fuad Abbasovun atası

25 İyun 2019 23:02 (UTC+04:00)

Bunu Rusiyadan Azərbaycana deportasiya olunan azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov "Report"a açıqlamasında deyib.

"Biz ümidimizi kəsmişdik. Düşünürdük ki, orada (Rusiyada – red.) onun əleyhinə işləyənlər var. Bu gün eşitdik ki, Fuadı Azərbaycana yola salıblar. Çox şadam, millətimdən razıyam.

Fuadın heç bir günahı olmayıb, o cinayət edəcək insan da deyil. İstərdim ki, Fuad Azərbaycanda qalsın, bir mövqe tutsun, yaşasın yaratsın", - deyə o bildirib.