Türkiyədə avtomobil qəzaya düşdü - 10 nəfər öldü, 30 nəfər yaralandı

26 İyun 2019 10:30 (UTC+04:00)

Türkiyənin Ədirnə bölgəsində qanunsuz mühacirləri daşıyan avtomobilin qəza törətməsi nəticəsində azı 10 nəfər ölüb və 30 nəfər yaralanıb.

Məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, ilkin məlumata əsasən, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil divara çırpılıb. Ədirnə valisi Əkrəm Canalp qəza yerinə gedib.

Hadisənin səbəbləri araşdırılır. (Report)