Sankt-Peterburqda azərbaycanlı iş adamı soyuldu - 2.5 milyon...

26 İyun 2019 11:57 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərinin hüquq-mühafizə orqanları 59 yaşlı azərbaycanlı iş adamının zərər gördüyü böyük məbləğdə soyğun hadisəsinin üstünü açıb.

Bu barədə Rusiya KİV-inə istinadən xəbər verilir.

Zərərçəkmişin sözlərinə görə, o, iyunun 23-də gecəni Petroqradski rayonundakı yapon restoranında az tanıdığı həmvətəni ilə keçirib. Məkandan ayrılandan sonra iş adamı pullarının, cib telefonunun və qiymətli daşlarla bəzənən qızıl üzüyünün itdiyini anlayıb. Dəymiş ümumi zərər, təxminən, 2.5 milyon rubla bərabər olub.

Keçirilən operativ-əməliyyat tədbirləri nəticəsində Sankt-Peterburqun hüquq-mühafizə orqanları oğurluqda şübhəli bilinən şəxsi saxlayıblar. Bu, Azərbaycandan olan 40 yaşlı işsiz olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir. (Report)