Minsk-2019: Hacı Əliyev daha bir ermənini məğlub edərək finala yüksəlib

26 İyun 2019 19:20 (UTC+04:00)

65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər yarımfinal görüşlərinə çıxıblar.

Azərbaycan təmsilçisi Hacı Əliyev ukraynalı Hor Ohanesyanla üz-üzə gəlib. Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb.

İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hessblı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Bundan əvvəl 1/8 finalda da erməni rəqibini yenən H.Əliyev sabah keçiriləcək finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan daha bir sərbəst güləşçimiz yarımfinal qarşılaşmasına çıxacaq. Nurməhəmməd Hacıyev (97 kq) ukraynalı Murazi Mçedlidze ilə üz-üzə gələcək. (APA)