Lənkəranda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

26 İyun 2019 21:42 (UTC+04:00)

Hadisə rayonun Separadi kəndində yerləşən və illərdir istifadəsiz qalmış tikilidə qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev fabrikin ikinci mərtəbəsindən yıxılıb və nəticədə ağır dərəcəli bədən xəsarətləri alıb.

O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma başlanılıb. (APA)