Avropa Şurasına yeni baş katib seçilib

26 İyun 2019 22:37 (UTC+04:00)

Qurumun yeni baş katibi xorvatiyalı Mariya Pelçinoviç Buriç olub.

Bu gün AŞPA-da keçirilən səsvermənin yekun nəticələrinə görə, Mariya Pelçinoviç Buriç 159 səs, onun rəqibi - belçikalı Didye Reynders isə 105 səs toplayıb. Yeni baş katib səlahiyyətlərinin icrasına sentyabrdan başlayacaq. (Report)