Salyanda yol qəzası olub, xəsarət alan var

26 İyun 2019 23:24 (UTC+04:00)

Hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyanın Qarabağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı rayonun Qaraçala qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əhmədov Kamal Mikayıl oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)