Çimərliklərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

26 İyun 2019 23:34 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat, Zuğulba-3, Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.