Xalq artisti Canəli Əkbərovun müalicəsi davam etdirilir, vəziyyəti normaldır

26 İyun 2019 23:49 (UTC+04:00)

Xanəndənin ziyarətinə Xalq artisti Mənsum İbrahimov və əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov gedib.

Mənsum İbrahimov APA-ya bildirib ki, hazırda xanəndənin vəziyyəti normaldır: "Xəbəri eşidəndə xaricdə səfərdə idim. Bakıya gələn kimi ilk olaraq, sənət dostlarımla birgə dəyərli xanəndəmizi ziyarətə getdim. Ümumi olaraq vəziyyəti yaxşıdır. Bu yaxınlarda 80 illik yubileyi olacaq. Əminəm ki, inşallah yubileyini sağlam şəkildə birgə qeyd edərik".

Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov bir müddətdir Mərkəzi Klinik Xəstəxanada müalicə alır, həkimlər ona ürək insultu diaqnozu qoyub. (APA)