ABŞ və Çin razılığa gəldi - ticarət müharibəsi sona çatır?

27 İyun 2019 09:37 (UTC+04:00)

Pekin və Vaşinqton ticarət müharibəsində razılığa gəliblər. Tərəflərin bu haqda Osaka şəhərində keçiriləcək G20 sammitində elan edəcəkləri gözlənilir.

AzNews.az xəbər verir ki, məlumatı “South China Morning Post” nəşri yayıb.

Mənbənin sözlərinə görə, ABŞ Çinə qarşı əlavə tariflərin dayandırılmasını elan edib. Bu baxımdan hər iki ölkənin lideri Osakada üz-üzə gələrək razılaşmanın detallarını müzakirə edəcəklər.

Hətta tərəflərin sövdələşməsinin detalları press-relizlərə də daxil edilib. Lakin ABŞ prezidentinin istənilən vaxt qərarını dəyişə biləcəyi vurğulanır.

"ABŞ və Çin danışıqları bərpa etmək üçün ticarət müharibəsində razılığa gəliblər", — deyə məlumatda bildirilir.

Öncə bildirilmişdi ki, liderlər iyunun 29-da görüşəcəklər.

Babək Göyüş

AzNews.az