Paytaxt Kiyev başqa əraziyə köçürülür?

27 İyun 2019 09:54 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenskinin tərəfdarları paytaxt Kiyevin başqa əraziyə köçürülməsini təklif ediblər.

Bu barədə Ali Radanın “Müxalif platforma-Həyat üçün” partiyasından olan deputatı Vadim Rabinoviç bildirib.

“Ukraynanın paytaxtı Kiyevi başqa əraziyə köçürmək lazımdır. Bu, Zelenski partiyasının rəsmi bəyanatıdır”, - deyə Rabinoviç söyləyib.

O, paytaxtı məhz hansı əraziyə köçürmək istədiklərinə dair məlumatı olmadığını da sözlərinə əlavə edib.(qafqazinfo.az)

AzNews.az