Rusiya yeni üzən tank yaradır

27 İyun 2019 10:05 (UTC+04:00)

Rusiyada özüyeriyən tankvuran top “Sprut SDM1” əsasında yeni yüngül üzən tank yaradılır.

Bu barədə “TASS”a MXKB (Maşınqayırmanın Xüsusi Konstruktor Bürosu) ASC-nin baş konstruktoru Sergey Abdulov deyib.

“Yeni maşın “Sprut”dan fərqli olaraq gücləndirilmiş müdafiə sistemi və fərqli hərəkət hissəsi isə təchiz olunacaq. Lakin maşında əvvəlki silah saxlanılacaq”, - deyə konstruktor bildirib.

Lakin o, yeni layihənin adını açıqlamayıb.

Qeyd edək ki, özüyeriyən tankvuran top “Sprut SDM1” 125 mm kalibrli yivsiz lüləli 2А75М ilə təchiz olunub.(oxu.az)

AzNews.az