Saakaşvili Gürcüstana nə vaxt qayıda bilər?

27 İyun 2019 10:14 (UTC+04:00)

Bunu “Exo Moskva”ya müsahibəsində M.Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deyib.

Onun sözlərinə görə, xalq kifayət qədər güc toplayanda və ərinin təhlükəsizliyinə zəmanət veriləndə M.Saakaşvili Gürcüstana qayıdacaq:

“Hazırda o, Ukraynadadır və çox vacib siyasi proseslərlə məşğuldur. Bildiyiniz kimi, Saakaşvili Ukraynada parlament seçkilərində iştirak etmək istəyir”.

S.Rulofs Tbilisidə davam edən etiraz aksiyaları barədə də danışıb. O bildirib ki, Tbilisidəki etirazlar Gürcüstanın indiki hökumətinin səhvidir:

“Belə sərt və qeyri-insani reaksiya vermək olmazdı. Biz indi güc tətbiq etməyə görə məsuliyyət daşıyanların həbs olunmasını tələb edirik”.(oxu.az)

AzNews.az