Rəqqasənin sinəsinə pul qoydu, arvadı özündən çıxdı - VİDEO

27 İyun 2019 11:11 (UTC+04:00)

Türkiyənin Bolu bölgəsində qadın ərini rəqqasənin sinəsinə pul qoyduğu üçün meyvə bıçağı ilə yaralayıb.

AzNews.az xəbər verir ki, Rukiye Çetinkaya restoranlardan birində həyat yoldaşını rəqqasə ilə əylənərkən yaxalayıb və əsəbilərinə hakim ola bilməyib. Məlum olub ki, bu, qadının ilk cinayəti deyil. O, 10 il əvvəlki ərini də bıçaqlayıb. Bundan başqa ikinci həyat yoldaşı Fuat Çeniklini döydüyü üçün 1 il 6 ay həbsdə yatıb.

Hazırda məhkəmənin qərarı ilə qadın 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Aynur

AzNews.az