Bakıda 41 min manatlıq dələduzluq...

27 İyun 2019 13:15 (UTC+04:00)

Bakıda enerji içkisi şirkətinin rəhbərliyinə qarşı dələduzluq edilib.

“Berg Energy” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edərək şikayət ediblər ki, bu ilin yanvar-may ayları arasında şirkətin ekspeditorları E.Əliyev 21 min manatlıq və R.Maqsudov isə 20 min manatlıq (ümumilikdə 41 min manatlıq) enerji içkisini sataraq pulunu məsimsəyiblər.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az