Bakıda 10-a yaxın maşın toqquşdu: yaralılar var

6 May 2013 15:24 (UTC+04:00)
Bu gün saat 16:45 radələrində Bakının Sulutəpə qəsəbəsi ərazisində zəncirvari yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində 10-a yaxın avtomobil toqquşub. Toqquşan avtomobillər arasında, iki "Mercedes", iki "Opel", üç "VAZ", bir "Shagman" markalı yük avtomobili, bir sərnişin avtobusu və digər minik maşını toqquşub.

Zəncirvari qəza "Shagman" markalı yük avtomobilin "Opel" markalı maşına zərblə çırpılmasından sonra baş verib. Qəza nəticəsində "Opel" markalı 90 BC 283 dövlət nömrə nişanlı avtomobil zərbənin gücündən aşıb. Sonradan arxadan gəlnə digər avtomobillər də toqquşublar. Zəncirvari qəzada 158 saylı sərnişin avtobusu da əzilib. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanları, təcili yardım briqadaları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Qəza nəticəsində yaranan böyük tıxacın aradan qaldırılması və avtomobillərin yoldan götürülməsi üçün işlər aparılır.

AzNews.az