Tramp G20 sammitinin keçiriləcəyi Osakaya gəldi

27 İyun 2019 14:59 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp G20 sammitinin keçiriləcəyi Yaponiyanın Osaka şəhərinə gəlib.

“İnterfax” xəbər verir ki, ABŞ dövlət başçısının təyyarəsi leysan yağış yağdığı Osakanın beynəlxalq hava limanına enib.

Qeyd edək ki, sammit vaxtı D.Trampın Çin, Hindistan və Rusiya də daxil olmaqla bir sıra dövlətlərin liderləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.(report.az)

AzNews.az