24 yaşlı gənc traktordan yıxılaraq öldü

27 İyun 2019 15:08 (UTC+04:00)

Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Xəyyam İsayev sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etdiyi “Belarus 892” markalı traktorla hərəkətdə olarkən yanında əyləşən 1995-ci il təvəllüdlü Orxan Əliyev yıxılıb. O. Əliyev aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.(apa.az)

AzNews.az