“Türkiyə İdlibdə aktivdir” - Rusiyalı general

27 İyun 2019 15:46 (UTC+04:00)

“Sputnik Türkiyə”nin məlumatına görə, bu sözləri Suriyada Tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-mayor Aleksey Bakin deyib.

“Türk həmkarlarımızın İdlibdə atəşkəs rejiminin qorunması ilə bağlı aktiv hərəkət etdiyini görürük”, - A.Bakin bildirib.

General-mayor onu da vurğulayıb ki, tərəflər (Rusiya, Türkiyə və İran – red.) daim təmasda olaraq Astana formatındakı razılaşmalar çərçivəsində hərəkət edirlər.

Qeyd edək ki, İdlibdə gərginliyin azaldılması, regionda təhlükəsiz bölgənin yaradılması ilə bağlı Türkiyə, Rusiya və İran Astana formatı çərçivəsində danışıqlar aparır.(oxu.az)

AzNews.az