“ABŞ prezidentini inandırmağa çalışacağam ki...” - Makron

27 İyun 2019 16:01 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidentini İrana qarşı sanksiyaların bəzilərinin ləğvinə inandırmağa çalışacaq.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti jurnalistlərə açıqlamasında deyib.

“Prezident Trampı danışıqlar prosesini yenidən başlamağa və müzakirələrə şans vermək üçün bəzi sanksiyaları ləğv etməyə inandırmaq istəyirəm”,-deyə o bildirib.

Qeyd edək ki, Emmanuel Makron bu həftəsonu G20 samiti çərçivəsində ABŞ-dan olan həmkarı ilə görüşəcək.(apa.az)

AzNews.az