Bakıda diri cücələr zibilliyə atıldı - VİDEO

27 İyun 2019 16:22 (UTC+04:00)

Sosial şəbəkələrdə körpə cücələrin kütləvi şəkildə yumurta qarışıq zibilliyə atıldığını əks etdirən videogörüntülər yayılıb.

Görüntülərin Zirə kəndində çəkildiyi iddia edilir. Belə ki, bir neçə gənc zibilliyin ətrafından keçərəkən cücə səslərinə ayaq saxlayıb. Mənzərədən şoka düşən gənclər diri cücələrin atıldığını görüb, bir neçəsini xilas ediblər.

Cücələrin “Zirə” quşçuluq təsərrüfatının işçiləri tərəfindən atıldığı güman edilir. Lakin həmin təsərrüfatın hazırda fəaliyyət göstərib-göstərmədiyi barədə məlumat yoxdur.

Əməkdaşımız məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verən olmayıb.(report.az)

AzNews.az