Buraxılış imtahanlarının vaxtı və yeri açıqlandı

6 May 2013 16:05 (UTC+04:00)


Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. TQDK tərəfindən bu il 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının aşağıdakı qrafik üzrə keçirilməsi nəzərdə tutulur:

02.06.2013

Nərimanov
Səbail
Yasamal
Nəsimi
Nizami
Binəqədi
Sabunçu
Xətai
Suraxanı
Xəzər
Qaradağ
Sumqayıt
Abşeron
Rus bölməsi (Bakı, Naxçıvan, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən)


07.06.2013


Naxçıvan MR
İmişli
Ağcabədi
Ağdam
Saatlı
Sabirabad
Füzuli
Beyləqan
Xocavənd
Lənkəran
Astara
Masallı
Lerik
Yardımlı
Cəlilabad
Salyan
Neftçala
Biləsuvar


12.06.2013

Yevlax
Bərdə
Tərtər
Gəncə
Daşkəsən
Göygöl
Samux
Naftalan
Goranboy
Şəmkir
Gədəbəy
Ağstafa
Qazax
Tovuz
Göyçay
Ucar
Kürdəmir
Ağdaş
Zərdab


17.06.2013

Xızı
Siyəzən
Şamaxı
İsmayıllı
Qobustan
Quba
Şabran
Qusar
Xaçmaz
Şəki
Balakən
Qax
Qəbələ
Oğuz
Zaqatala
Ağsu
Mingəçevir
Şirvan
Hacıqabul



İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.

Şagirdlər imtahana gələrkən 9-cu siniflər: imtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir), şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə), təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

11-ci siniflər isə imtahana buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcəkdir) şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Qeyd edək ki, daha ətraflı TQDK-nın rəsmi saytında məlumat yerləşdirilib.

AzNews.az