Bağdadda partlayış: 10 ölü

6 May 2013 20:16 (UTC+04:00)


Bağdaddakı partlayış nəticəsində azı 10 nəfər həlak olub.

Məlumatlar əsasən, eyni vaxtda daha iki yerdə partlayış olub - biri paytaxtın Hüseyniyyə rayonundakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında, o biri isə qonşu yaşayış məntəqəsindəki restoranda.

BMT-nin məlumatına görə, 2008-ci ilin iyundan bəri 2013-cü ilin apreli İraq üçün ən qanlı ay olub. Bu ayda 712 nəfər, o cümlədən 595 mülki vətəndaş qətlə yetirilib. (lent.az)

AzNews.az