Sudanda etiraz aksiyalarında 7 nəfər öldü

1 İyul 2019 09:59 (UTC+04:00)

Sudanda bazar günü keçirilən etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 181 nəfər zərər çəkib.

SUNA informasiya agentliyi xəbər verir ki, bu barədə Sudanın Səhiyyə Nazirliyinin katibi Süleyman Abdulcabbar məlumat verib. Onun sözlərinə görə, 181 nəfərdən 27-si odlu silahdan yaralanıb.

Xatırladaq ki, dörd ay sürən etiraz aksiyalarının fonunda iyunun 11-də Sudanda hərbi çevriliş baş verib. Ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar keçirilir.(AZƏRTAC)

AzNews.az