Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin növbəti sessiyası keçirilir

1 İyul 2019 10:28 (UTC+04:00)

Konqress Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.

AzNews.az xəbər verir ki, sessiyanın 2-ci plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev sessiya iştirakçılarını salamlayıb.

Daha sonra UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rösler sessiya barədə iştirakçılara məlumat verib.

Qeyd edək ki, sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, Məşvərət qurumlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.

Pərvanə

AzNews.az