Avstraliyada 228 nəfər qripdən öldü

1 İyul 2019 11:26 (UTC+04:00)

Ölkənin 6 ştatında bu virusdan ölənlərin sayı 228 nəfər olub. Bundan başqa, 100-dən çox adamın virusa yoluxduğu bildirilir. Ötən il isə 59 min qripə yoluxma faktı qeydə alınıb.

Avstraliya Tibb Assosiasiyasının rəhbəri Riçar Kidd iyul-sentyabr aylarında qripə yoluxma hallarının pik həddə çatacağını proqnozlaşdırıb.

Qeyd olunur ki, 11 milyondan çox adamın peyvənd edilməsinə baxmayaraq, qrip geniş şəkildə yayılıb.(trend.az)

AzNews.az