Ramal İsrafilov ilk dəfə danışdı: “Tədbirlərdən, çəkilişdən uzaqlaşdırıblar”

1 İyul 2019 14:23 (UTC+04:00)

"Hər zaman istedadlı insanlar haqqında danışırlar, onlara tələ qururlar”.

AzNews.az xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov “Sözüm var Aydan Axundova ilə” verilişində deyib.

“Sonra bilirsən ki, səni vurublar, tədbirlərdən, filan çəkilişdən uzaqlaşdırıblar. Düşünürsən ki, niyə belə ediblər. Bunu onlara yaraşdırmırsan, sənətinlə və işinlə məşğul olursan. Sonra özü deyir ki, sənin yollarını bağlamışdım. Üstümə gələn adamları da bağışlayıram. Elə insanlar ətrafımda da yoxdur. Yaxşı dostlarım var. Mənə deyirlər ki, çox güvənmək olmaz”.

Qeyd edək ki, bir müddət əvvəl prodüser Tolik(Tarix) Əliyev Ramal İsrafilovun qardaşı Valeh İsrafilova görə tədbirlərdən uzaqlaşdırıldığını demişdi. Belə ki, Valeh İsrafilov qızların çılpaq videosunu çəkmişdi.

Rəqsanə
AzNews.az