Gənc qadın sirkə turşusundan zəhərləndi

1 İyul 2019 15:23 (UTC+04:00)

Şəkidə 21 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Bu gün rayonun Kiçik Dəhnə kənd sakini, 1998-ci il təvəllüdlü Gülzadə Qalib qızı Rəsulova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb Müəssisəsindən bildirilib ki, bir övlad anası olan 21 yaşlı G. Rəsulovanın yaşadığı ünvanda sirkə turşusundan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az