Azərbaycan yığmasının Minskdən qayıdacağı vaxt dəqiqləşdi

1 İyul 2019 16:20 (UTC+04:00)

İyunun 21-30-da Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin Bakıya qayıdacağı vaxt dəqiqləşib.

Təmsilçilərimiz iyulun 1-dən 2-nə keçən gecə Vətənə dönəcəklər.

Karate və akrobatika yığmalarımızı gətirən təyyarə saat 02:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Yunan-Roma güləşçiləri və rəsmi şəxslər 03:35-də, boks millimiz isə 03:40-da Bakıya qayıdacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 28 medal qazanıb. Bunlardan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olub.(apa.az)

AzNews.az