Tehranda 11 məktəb bağlana bilər, səbəbi...

1 İyul 2019 16:26 (UTC+04:00)

İranın paytaxtı Tehranda mülkiyyət hüququ qurumlardan birinə aid olan 11 məktəbin bağlanması ilə 8 min məktəblinin taleyi naməlum qalacaq.

Bunu İranın Tehran Şəhər Təlim-Təhsil İdarəsinin baş direktorunun müşaviri Məsud Seqəfi deyib.

M.Seqəfinin sözlərinə görə, Tehran şəhərində 11 məktəbin ərazisinin mülkiyyət hüququna sahib qurumlardan biri bu məktəblərin bağlanmasına qərar verib.

Tehranda 4 mindən çox məktəbin fəaliyyət göstərdiyini deyən Seqəfi əlavə edib ki, hazırda 47 məktəb fiziki, 23 məktəb isə hüquqi mülkiyyətdir:

“Mülklərin satışı və kirayəsi ilə bağlı qiymətlərin artması bəzi fiziki mülk sahiblərinin təlim-təhsil idarəsinə təzyiqini həddindən artıq çoxaldıb. Nəticədə, hüquqi şəxslərin də təzyiqləri artıb”.

Seqəfi təzyiqlərin artdığı halda, 11 məktəbi ləğv etməkdən başqa çarənin qalmadığını deyib.(trend.az)

AzNews.az