Almaniyada helikopter qəzası - Ölənlər var

1 İyul 2019 17:04 (UTC+04:00)

Almaniyanın Aşağı Saksoniya Federal Torpağında helikopterin qəzaya uğraması nəticəsində azı 1 nəfər ölüb.

“RİA Novosti” xəbər verir ki, bunu yerli polisdən bildiriblər.

Hadisə iyulun 1-də Xameln-Pirmont rayonun Ersen komunasında baş verib.

Hadisənin səbəbi araşdırılır.(report.az)

AzNews.az