"BMW" də avtomobilləri geri çağırdı - SƏBƏB

1 İyul 2019 22:03 (UTC+04:00)

Qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Bildirilir ki, bu qüsurla bağlı təhlükəsizlik yastığı tam açılmaya bilər.

Qeyd edək ki, 2019-cu il aprel-may aylarında Rusiyada satılmış X7 modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək. (Trend)